Bakı-Sumqayıt yolunda iki maşın toqquşub - Yaralananlar var

Bakı-Sumqayıt yolunda iki maşın toqquşub - Yaralananlar var

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

REAL "Report"a istinadla xəbər verir ki, Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında iki avtomobil toqquşub.

Qəzada hər iki sürücü 48 yaşlı Mirzoyev Namik Kərim oğlu və 35 yaşlı Əliyev Ənvər Məhəmməd oğlu xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Mirzoyev Namikə qapalı kəllə-beyin travması və beyin silkələnməsi, Əliyev Ənvərə isə belin küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdrıma aparılır. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən