Merkel növbəti seçkilərdən sonra aktiv siyasətlə məşğul olmayacağını deyib

Merkel növbəti seçkilərdən sonra aktiv siyasətlə məşğul olmayacağını deyib

Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək növbəti Bundestaq seçkilərindən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmayacağını deyib. 

REAL APA-ya istinadla xəbər verir ki, xanım kansler bu barədə Almaniyanın şimalındakı Ştralsund şəhərində "Ostsee-Zeitung" qəzetinin oxucuları ilə görüşündə deyib. 

O qeyd edib ki, artıq aktiv siyasətlə məşqul olmaq istəyində deyil: "Əlbəttə, mən siyasi şəxs olaraq qalacağam, amma aktiv siyasi fəaliyyətlə məşğul olmayacağam". 

Merkel əlavə edib ki, siyasətdən uzaqlaşması o demək deyil ki, bu, Avropa Birliyi səviyyəsində də olacaq. 

Qeyd edək ki, Angela Merkel 2018-ci ilin sonunda Xristian Demokrat Birliyinin sədri vəzifəsindən istefa etmişdi, ancaq kansler olaraq qaldı. Dediyinə görə, dördüncü müddətini sonuna qədər - 2021-ci ilə qədər bitirmək niyyətindədir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə