“Qarabağ“ Çempionlar Liqası ilə vidalaşıb - FOTO, YENİLƏNİB, 3

“Qarabağ“ Çempionlar Liqası ilə vidalaşıb  - FOTO, YENİLƏNİB, 3

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

REAL xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti matçına çıxıb.

Ağdam təmsilçisi Kiprin APOEL klubunu qəbul edib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası Kiprdə əldə etdiyi üstünlüyü qorumaqla pley-off mərhələsinə yüksələ bilərdi.

Lakin APOEL klubu vurduğu iki qolla "Qarabağ"ı 2:0 məğlub edərək növbəti mərhələyə adlayıb.

34-cü dəqiqədə De Vinsenti penaltidən fərqlənibsə, 68-ci dəqiqədə Matiç ikinci topu qapıdan keçirib.

 

*****

21:58

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda ikinci qol vurulub.

Bakıda keçirilən matçın 68-ci dəqiqəsində yenə qonaqlar fərqləniblər. Ağdam klubunu Uroş Matiç cəzalandırıb.

 

****

21:04

34-cü dəqiqədə oyunun baş hakimi "Qarabağ"ın qapısına penalti təyin edir.

APOEL-in futbolçusu De Vinsenti penaltini dəqiq yerinə yetirərək hesabı açır - 0:1.

 

*****

20:31

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

REAL xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL klubunu qəbul edir.

Komandaların ilk oyunu "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə