Atambayevə çevriliş ittihamı

Atambayevə çevriliş ittihamı
Qırğız Milli Təhlükəsizlik Komitəsi eks prezidentlə bağlı açıqlama yayıb

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev ölkədə dövlət çevrilişi hazırlamağa cəhd edib. Belə bir açıqlamanı Qırğız Milli Təhlükəsizlik Komitəsinin başçısı edib. Komitə rəsmisinin sözlərinə görə, Atambayevin igamətgahına hücüm zamanı xüsusi təyinatlı bir əsgər eks-prezidenə məxsus silahla öldürülüb. 

Keçmiş prezident avqustun 26-dək Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanılacaq. İstintaq eyni zamanda Atambayevin əmlakının əsas hissəsinə həbs də qoyub. Bu barədə məlumatı ölkənin baş prokuroru Otkurbek Cəmşitov yayıb.

"Hazırda, Almazbek Atambayevin 120 ədəd əmlakına həbs qoyulub" - deyə dövlət rəsmisi bildirib.

Xatırladaq ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. 

Sabiq dövlət başçısı “qanuni oğru” Əziz Butukaevi qanunsuz şəkildə həbsdən azad etməkdə ittiham olunur. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə