Qırğız düyünü - VİDEO

Qırğız düyünü - VİDEO
Qırğızlar vətəndaş müharibəsinə sürüklənə bilər

Politoloq  Taalatbek Masadikov Real İntervyu-nun qonağıdır.

-Hazırda Qırğız Respublikasındakı vəziyyəti necə dəyərləndirirsiniz? Hazırkı vəziyyət vətəndaş müharibəsinə yol aça bilərmi?

-Tanrıya şükür ki, ölkədə vəziyyət bir qədər sakitləşib. Ümumiyyətlə, son 6 ayda ölkədə gərgin vəziyyət müşahidə olunurdu. Gərginlik son bir neçə ayda xüsusi bir mərhələyə daxil olub. Avqustun 7-də isə artıq hadisələrin yekun mərhələsinə şahid olduq. Söhbət ölkəmizin sabiq və hazırkı prezidentləri arasındakı qarşıdurmadan gedir. Bu gün isə, mən öz həmkarlarımla, ölkəmizin təmsilçiləri, ekspertləri, xalqla danışıram. Vəziyyət bu gün daha yaxşıdır. Bu, müxtəlif səbəblərə görədir. Düşünürəm ki, bu, Qurban bayramının yaxınlaşması ilə də əlaqədardır. Xalq bu işlərlə məşğuldur.

-Bayramınızı təbrik edirik.

- Mən də sizi təbrik edirəm. Bütün Azərbaycan xalqını təbrik edirəm.
İsmayıl: Minnətdarıq.

- Düşünürəm ki, bu bayram, ümumiyyətlə, bağışlanma bayramıdır. Bayram, bəlkə də, xalqın sakitləşməsində öz müsbət rolunu oynayacaq və təzadlı, mübahisəli məsələləri, küçələrdə daşlarla, ağac parçaları və odlu silahla deyil, danışıqlar arxasında həll etmək mümkün olacaq. Ona görə də, bu gün müəyyən sakitlik hökm sürür. Lakin bu sakitlik nə qədər davam edəcək, bunu heç kim bilmir. Çünki bu, ciddi qarşıdurmadır. Sabiq Prezident ilkin tədbir olaraq avqustun 26-na kimi nəzəratə götürülüb. Yeni Prezident çalışır ki, sabiq Prezidentin tərəfdarları onu son bir neçə ayda, xüsusilə, 7-8 avqustda dəstəkləyənlərlə problemi qəti şəkildə həll etsin. Ona görə də, vəziyyətə baxacağıq. Bu, "Vətəndaş müharibəsinə səbəb ola bilərmi?"- sualınıza gəlincə, düşünürəm ki, bunu istisna etmək olmaz. Çünki həll olunmamış ciddi məsələlər var. Əgər siyasətçilərimizin – sabiq və hazırkı prezidentlərin, partiyanın digər siyasi rəhbərlərinin sağlam düşüncəsi üstün gələrsə, onlar ölkədə vəziyyəti sabitləşdirmək lazım olduğuna razılıq verər və birlikdə hərəkət etmək qərarına gələrlərsə, siyasi çəkişmələrlə deyil, iqtisadiyyata, iqtisadi problemlərin həllinə köklənərlərsə, düşünürəm ki, vətəndaş müharibəsi ehtimalı aradan qalxar. Yox, əgər siyasətçilərimizin, onların tərəfdarlarının, o cümlədən, sabiq və hazırkı prezidentlər alovlu başla yalnış və qeyri-sağlam düşüncəyə əsaslanan addımlar atarlarsa, vətəndaş müharibəsi ehtimalı həmişə var. Bu, təkcə, vətəndaş müharibəsinə, ciddi qarşıdurmaya deyil, eyni zamanda, yerli və regional münaqişəyə çevrilə bilər. Özünüz anlayırsınız ki, hazırda Mərkəzi Asiyanı sarsıtmağa çalışırlar. Mərkəzi Asiyanın bir çox ölkəsində həll olunmamış problemlər var. Və ən böyük problem Mərkəzi Asiyanının Əfqanıstan və Pakistan kimi qaynar region ölkələrlə qonşuluğudur. Bilirsiniz ki, dünyada İslam radikalizmi, ekstremizm, terrorizm problemləri var. Bu problemlər yeni deyil və bizim ölkəmizə də yaxındır. Bizim ölkəmizdə də dünyada mövcud olan radikal qruplaşmaların müxtəlif kökləri var. Ona görə də, vətəndaş müharibəsi sualı ilə bağlı, hələlik, çox dərinə getmək istəmirəm. Çox ümid edirəm ki, hazırkı Prezidentimiz və digər siyasi xadimlər sağlam düşüncə nümayiş etdirəcək və problemləri sülh yolu ilə, səriştəli şəkildə həll edəcəklər. Problemi şəxsən kiminsə - sabiq və ya hazırkı Prezidentin xeyrinə həll etmək lazım deyil, xalqın xeyrinə həll etmək lazımdır. Təkcə bu halda sabitlik yaranacaq.

- Qırğız Respublikasında iki rəqib var: şimal və cənub. Hazırda şimallılar cənublulara qarşı mübarizə aparır. Ümumiyyətlə, bu regionlar, sakinlər arasında fərq nədir? Onlar nəyi bölüşdürə bilmir?
Şamudinoviç: Sovet İttifaqı dövründə şimalla cənub arasındakı qarşıdurmanı heç kim hiss etmirdi. Bəli, şimal vilayətlərinin nümayəndələri var idi. Ölkəmizdə onların sayı 4-dür. Cənub vilayətlərinin də nümayəndələri var idi. Onlar sayı isə 3-dür. Fərq, belə deyək, məişət, mədəniyyət səviyyəsində öz əksini tapırdı. Lakin siyasətdə heç kim bu fərqi hiss etmirdi. Mən, əslində, Sovet İttifaqı dövrünün vətəndaşıyam. Demək olar ki, 60 yaşım var. Gəncliyimi xatırlayıram. Heç kim bir-birindən haralı olduğunu – şimalli və ya cənublu olub-olmadığını soruşmurdu. Bu barədə, sadəcə, ev mühitində, ailə çevrəsində danışılırdı, şimal-cənub barədə zarafatlar olurdu.

- Bəs problem nə vaxt və nədən başladı?

- Proses 19-20 il əvvəl başlayıb. Sovet İttifaqından sonra ilk Prezidentimiz Akayevin dövrünə qədər şimal və cənub 70 il ərzində yola gediblər, daha sonra bu fərqlilik ortaya çıxıb. Düşünürəm ki, bunun əsas səbəblərindən biri həll olunmamış sosial-iqtisadi problemlərdir. Yəni cənub şimaldan inciyirdi ki, şimalda paytaxt var, şimalda problemlər ilk növbədə şimallılar üçün həll olunur, onların problemi isə həll olunurmur. Şimallılar isə cənublu Prezident dövlət başçısı vəzifəsinə gəldikdə bundan şikayət etməyə başladılar. Onlar şikayət edirdilər ki, cənublu Prezident əsasən cənubdakı problemləri həll edir, şimalda olan problemləri həll etmir. Bu, eyni zamanda, kadr siyasətində də ortaya çıxmağa başladı. Vacib dövlət postlarına hökumətə loyal insanlar gətirildi. İnsanlar dövlət postuna hazırlıqlı, peşəkar, yaxşı təhsil almış və təcrübəli şəxsləri gətirmək prinsiplərindən yayınmağa başladı və onları hansı regiondan, hansı tayfadan – cənubdan və ya şimaldan olması prinsiplərinə üstünlük verdi. Bu vəziyyət, təxminən, 19-20 ildir ki, belə davam edir. Hər dəfə bu qarşıdurma daha da güclənir. Ona görə də insanlar arasında fərqdən danışırıqsa, onu demək olar ki, hamımız qırğızıq.

- Deyirlər ki, cənublular daha çox dindar, şimallılar isə daha çox dünyəvidir.

- Mən belə deməzdim. Bu, yəqin ki, keçmiş dövrdə belə idi. İndi isə müxtəlif dini qrupda olan həm şimallı, həm də cənublu gənclər var. Onlar, demək olar ki, eyni saydadır. Bu bölgü niyə yaranır. İnsanlar nəyə görə daha çox dindar olurlar. Ona görə yox ki, onlar Allaha daha çox inanmağa başlayırlar. Ona görə deyil. Ona görədir ki, onlar müəyyən problemlərlə qarşılaşdıqda haqq-ədalət axtarırlar. Burada isə müəyyən arqumentlər ortaya çıxır. Onlar fikirləşir ki, əgər biz müsəlman ölkələrində olduğu kimi şəriət qaydalarına əsasən yaşasaq, bütün problemlər haqq-ədalətlə həll olunar. Düşünürəm ki, bu yanlışdır. Dindar insanlara gəlincə isə, onların sayı cənubda olduğu kimi şimalda da kifayət qədərdir. Xüsusilə də, indi. Şimal qırğızları ilə cənub qırğızları arasında heç bir fərq yoxdur. Ölkənin cənub vilayətlərində olan cənub qırğızları özbəklər və taciklərə daha yaxın yaşayıblar. Şimalda isə daha çox rusdilli əhali üstünlük təşkil edib. Orada, təkcə, rusdilli deyil, uyğurlar, dunqanlar, azərbaycanlılar, türklər də var. Çoxlu sayda millət var. Şimal həmişə çoxmillətli region hesab olunub. Cənub millət məsələsinə daha sərt yanaşıb, şimal regionunun məsələyə yanaşması isə hər kəsi qəbul etməklə daha geniş olub. Ciddi fərqlər yoxdur. Bugünkü vəziyyətlə bağlı son olaraq onu demək olar ki, sabiq və hazırkı prezidentlər arasındakı qarşıdurma xalqı bölməyə başlayıb. Bu iki şəxs keçmişdə 20 il dostluq ediblər, tərəfdaş olublar, bir yerdə çalışıblar. Düşünürəm ki, bu, hazırkı Prezidentin yanlış, səhv bir kadr siyasətidir. Məsul dövlət postlarına, orqanlara, dövlət idarələrinə cənubluların təyin olunması yalnış idi. Bu, həmişə belə olub. Lakin son dövrlərdə bu, xüsusilə, diqqət cəlb edirdi. Dövlət vəzifələrinə buna hazır olmayan, peşəkarlıq cəhətdən zəif insanları, iş təcrübəsi az olanları gətirməyə başlamışdılar. Əhali bunu hiss etməyə başladı. Ona görə də bu iki siyasətçi arasında olan qarşıdurma tədricən şimalla cənub arasında münaqişəyə çevrildi. Ona görə də bu barədə daha çox danışılır. Lakin mən həm şimal, həm də cənub insanları tanıyan, onlarla ünsiyyət quran bir şəxs kimi deyə bilərəm ki, öz təsərrüfatı ilə məşğul olan, ailəsinin qayğısına qalan sadə sakin üçün qeyri-dövlət işində və ya kənd təsərrüfatında, istehsalatda, biznes dairəsində çalışmağın heç bir fərqi yoxdur. Şimalda da, cənubda da belədir. Ona görə də, əgər hər hansı bir xalqın sosial-iqtisadi problemləri həll olunursa, onların arasında fərq olmur. Bu problemlər isə həll olunmur. Ona görə də bu problemlər getdikcə genişlənir və müəyyən siyasi xadimlər bu problemləri həll etməyə təhrik edirlər.

- Hazırkı Jeenbekov rəhbərliyi və sabiq Atambayev rejimi arasında münaqişənin tarixi necə və harada başlayıb?

- Bu, münaqişəyə hansı aspektdən yanaşdığınızdan asılıdır. Əgər sabiq Prezident Atambayevin dediklərinə qulaq assaq, görərik ki, o Jeenbekovu, onun təyinatı, tərəfdaşı, yaxın dostu ona qarşı, onların nə vaxtsa birlikdə tədbiq etdiyi prinsiplərə xəyanət edib və sabiq Prezident Bakiyevin yolu ilə getməyə başlayıb. Bizdə ikinci inqilab dövründə cənublu Bakiyev Prezident idi. O, hazırda Belarusun Minsk şəhərində yaşayır. Atambayev hesab edir ki, hazırkı Prezident həmin Bakiyevin yolu ilə gedir, tayfa hakimiyyəti qurur, təkcə öz tayfasından olan korrupsioner insanları dövlət vəzifələrinə gətirir və aralarında olan prinsiplərdən yayınır. Bu, Atambayevin nəzər nöqtəsidir. Jeenbekovun nəzər nöqtəsi isə belədir ki, o, korrupsiya ilə mübarizə aparmağa qərar verdiyini və şimal və ya cənub olmasından asılı olmayaraq xalqın maraqlarından çıxış etdiyini bildirir. Onun fikrinə görə, əgər sabiq Prezident Atambayevin də korrupsiyada əli varsa, o da öz cəzasını çəkməlidir. Bu, onun nəzər nöqtəsidir. Əslində isə, mən düşünürəm ki, onların arasında olan münaqişəyə əsas səbəb başqadır. Atambayev könüllü şəkildə seçkiləri təşkil etdiyi və hakimiyyəti hazırkı Prezident Jeenbekova təhvil verdiyi zaman başqa cür fikirləşirdi. O düşünürdü ki, Prezident idarəetməsi artıq öz dövrünü keçib və ölkə demokratik siyasətə – parlament sisteminə keçməlidir. Həmin vaxt bir sıra siyasətçilər deyirdilər ki, ölkədə qarışıq idarəetmə - həm Prezident, həm də parlament sistemi mövcuddur. 2016-2017-ci illərdə seçkidən qabaq, seçki ərəfəsində deyirdilər ki, biz parlament idarəetməsinə keçəcəyik. Düşünürəm ki, sabiq Prezident Atambayev düşündü ki, ölkə parlament idarəetməsinə keçəcək, Prezident nominal olaraq müəyyən funksiyaları – səfirlərlə, prezidentlərlə görüşü yerinə yetirəcək, icra hakimiyyəti fəaliyyətinə cəlb olunmayacaq. Yəqin ki, Atambayevin fikirləri belə idi. Və o və ya onun adamı baş nazir olacaq və ölkəni idarə etməyə davam edəcək.

- Ölkəni idarə etməyə başlayacaqdı.

- Ölkəni idarə etməyə davam edəcəkdi. Lakin Jeenbekov gəldikdə isə dedi ki, xeyr, indi Prezident mənəm. Sən Prezident oldun, indi bu postda mənəm və ölkəyə mən rəhbərlik edəcəm. Ona görə də məhz burada onların arasında münaqişə başladı. Ona görə də əgər Prezident və ya parlament idarəetməsi formasından danışırıqsa, hesab edirəm ki, cəmiyyətimiz üçün parlament idarəetməsi formasına keçmək hələ tezdir. Bunun üçün ölkənin çoxsaylı iqtisadi problemləri həll olunmalıdır. Təkcə, o halda, parlament idarəetməsindən danışmaq olar. Çünki parlament idarəetmə forması, qərbin təbirilə, demokratiya ölkənin əsas iqtisadi tapşırıqlarını həll etmirdi. Ona görə də burada məsuliyyəti bir nəfər öz üzərinə götürməlidir. Ölkədə idarəetmə isə, yəqin ki, hələ ki, baş verən hadisələrə görə məsuliyyəti öz üzərinə götürən bir nəfərin əlində cəmləşməlidir. Münaqişə o vaxt başladı. Bu münaqişə şəxsi zəmində davam etdi və genişləndi. Və təbii ki, nəzərə almaq lazımdır ki, həm sabiq, həm də hazırkı prezidentin şəxsi müşavirləri var. Onları müxtəlif istiqamətə təhrik edən insanlar var. Ona görə də bu münaqişə şimalla cənub arasında münaqişəyə çevrildi. Əslində, münaqişə 2017-ci ildəki seçkilərdən sonra başladı. Bu, mənim şəxsi fikrimdir.

- Atambayev təslim oldu, onu həbs etdilər. Necə düşünürsüz? Bu addımla o, hazırkı rəhbərliyin hakimiyyəti, onun daha güclü olması ilə razılaşdı, yoxsa, başqa səbəblər var idi?
Şamudinoviç: Düşünmürəm ki, o, hazırkı hökumətin daha güclü olması ilə razılaşdı. Mənə elə gəlir ki, onlar öz tərəfdarlarını bir-birinə qarşı təhrik etməyə başladıqda artıq işlər çərçivədən çıxmışdı. 7 avqustda Atambayevi birinci həbsetmə cəhdi, daha sonra 7-dən 8-nə keçən gecə edilən cəhd, daha sonra 8 avqustda güc strukturundan, xüsusi təyinatlı əsgərin yaralanıb ölməsi və 40-50 nəfərin yaralanması ilə nəticələnən uğurlu əməliyyat insanları ayıltdı. İnsanlar başa düşdü ki, daha da irəli getmək olmaz, buna görə günahsız insanlar ölə bilər.

- Demək istəyirsiz ki, o, bu addımı ilə xalqı vətəndaş müharibəsindən xilas etdi?

- Xeyr, elə düşünmürəm. Lakin, istənilən halda, o, həbs olunanda çıxış etdi və dedi ki, təslim olmaqla səhv olduğunu və ya onların mövqeyini qəbul etmir, sadəcə, digər qurbanların olmasını istəmir. Hesab edirəm ki, əslində, səbəb də elə bu idi. O, başqa qurbanların olmasını istəmirdi. Lakin düşünmürəm ki, o sakitləşdi və hazırkı hökumətin daha güclü olduğunu qəbul etdi. Hesab edirəm ki, hələ də qarşıda münaqişənin növbəti seriyalarını da görəcəyik. Lakin ümid edirəm ki, Prezident və ya hər hansı bir partiyanın lideri olmasından asılı olmayaraq siyasətçilər arasında istənilən münaqişə güc yolu ilə həll edilməməlidir, sadə insanlar bundan əziyyət çəkməməlidir. Ölkə siyasi liderlər arasındakı münaqişədən əziyyət çəkməməlidir. Ölkə inkişaf etməli və sabit olmalıdır. İnsanlar öz gələcəklərindən arxayın olmalıdır, təhlükəsizlik məsələləri öz həllini tapmalıdır. İnsanlar küçəyə çıxmaqdan qorxmamalıdır. Biznes dairələri, ticarətçilər qarət olacağından, mağazalarının, anbarlarının soyulacağından qorxmamalıdır. Ona görə də beynəlxalq ictimaiyyət görməlidir ki, ölkə rəhbərliyində sabitliyi pozmağa, qarşıdurmanı dərinləşdirməyə deyil, problemlərin həllinə, sabitliyə köklənmiş münasib, ağıllı, sağlam düşüncəli siyasətçilər dayanıb. Ona görə problem öz həllini tapmayıb. Düşünürəm ki, burada həm sabiq, həm də hazırkı prezidenti dəstəkləyən, qəbul olunan qərarlara təsir edən xarici oyunçular da var. Düşünürəm ki, həm xarici, həm də daxili oyunçular daha sağlam düşüncə ilə bu münaqişəni həll etmək üçün müəyyən məsləhətlər verəcək, münaqişənin hüquq müstəvisində, doğru şəkildə, regionun və xalqın maraqlarına uyğun olaraq həll etməyə kömək edəcək.

- Çox sağ olun, təşəkkür edirik ki, studiyamıza gəldiz və fikirlərinizi bizimlə bölüşdünüz.

- Siz də sağ olun. Həmişə regionumuzda baş verənlərin təhlilini sizinlə bölüşməkdən məmnunluq duyuram. Sağ olun.

- Minnətdaram.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə