Sığınacağa sığmayan ümidlər - VİDEO

Sığınacağa sığmayan ümidlər - VİDEO
Polisin zorakılıqdan xilas etdiyi qadın və uşaqlardan həyat dərsi

Ona bu kiçik yaşında işgəncələr verən atanı deyə bilmərəm, amma vicdanı olan hər kəs bu balacanın sualı qarşısında aciz qalardı. Bəli heç bir günahı olmayan uşaqlar neynəyib axı? Onlar ailələrə sevinc bəxş etmək, sevinmək üçün gəliblər bu dünyaya. Bu balaca kimi “Təmiz Dünya” qadın və uşaqların sığınacaq mərkəzinə pənah gətirən digər uşaqların taleləri fərqli olsa da, həyat hekayələrində oxşarlıqlar da var. Onların əksəriyyəti ailədə ata tərəfindən şiddət görüblər. 7-8 yaşlı bacılar, 9-11 yaşlı qardaşlar kimi.

Elə bu uşaqlar kimi əziyyətdən, zülmdən baş götürüb sığıncağa üz tutan qadınların da bəxti gətirməyib. Onlar təkcə həyatda əsl yoldaş ola biləcək insana deyil, sadəcə insan olanlara ehtiyac duyur:

Bir aya yaxındır sığınacaqda məskunlaşan səyyarə isə bu yaxınlarda ana olacaq. Həyat yoldaşı tərəfindən atılan bu qadının övladı isə təəssüf ki həyata gözlərini məhz təzyiqlərə məruz qalan uşaqlar arasında açacaq.

Hazırda "Təmiz Dünya" qadınlara yardım ictimai birliyinin sığınacağında 15 qadın, böyüyü 16 yaşında olmaqla 32 uşaq yerləşdirilib. Birliyin sədri Mehriban Zeynalova deyir ki, sığınacağa gətirilən qadın və uşaqların 70 faizi polis orqanları tərəfindən bura istiqamətləndirilir.

Sığınıcağa üz tutanların sonrakı taleyində də əksər hallarda hüquq mühafizə orqanı əməkdaşlarının rolu mühümdür. Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili Bölmənin rəisi Məryəm Ömərova isə bütün vətəndaşlara qadın və uşaqların zorakılığına biganə qalmamağı tövsiyyə edir:

Çoxları ata, bəziləri də ana sevgisindən məhrum olsa belə bu uşaqlarda qaynar həyat eşqi müşahidə etdik. Bacarıqları ilə bir-birilə yarışa girən bu balacalar az vaxtda öyrəndikləri ilə bizi də təəccübləndirməyi bacardılar:

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə