“Şah“ın 4-cü sınağı - VİDEO

“Şah“ın 4-cü sınağı - VİDEO
Məmmədyarov “Grand Chess Tour 2019”un 4-cü mərhələsində yarışır

ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour 2019” şahmat seriyasının dördüncü mərhələsi start götürəcək.

Rapid və blits üzrə keçiriləcək turnirlərdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edir.

Yarışda, həmçinin hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav, amerikalı şahmatçılar Fabiano Karuana, Lenyer Dominqes, Çin təmsilçiləri Dinq Liren, Yu Yanqi, ermənistanlı Levon Aronyan, rusiyalı Sergey Karyakin və macarıstanlı Riçard Rapport mübarizə aparırlar. Turnirin birinci günündə rapid yarışlarının üç turunun oyunları keçiriləcək.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” seriyasının Parisdə keçirilən üçüncü mərhələsinin rapid və blits yarışlarında 15 xalla səkkizinci olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə