Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi, yağıntıların normadan artıq olması, kənd təsərrüfatının bəzi sahələri üçün təhlükələr yaradır. Bu sahələrdən biri də üzümçülük təsərrüfatıdır.
Hava şəraitinin dəyişməsinin Kənd təsərrüfatı üçün mənfi cəhətləri ilə yanaşı, müsbət xüsusiyyətləri də var. Belə ki, yağıntının miqdarının artması taxılçılıq, dəmyə əkinçiliyi üçün müsbət bir haldır.
Qeyd edək ki, havalar nə qədər mülayim olarsa, kənd təsərrüfatı məhsulları bir o qədər bol olar. Nəzərinizə çatdıraq ki, yaxın günlər ərzində ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.