Vüqar Namazov: Azərbaycanın kənd təsərrüfatı ilə daha çox Fransa, İngiltərə vətəndaşları maraqlanır

Vüqar Namazov: Azərbaycanın kənd təsərrüfatı ilə daha çox Fransa, İngiltərə vətəndaşları maraqlanır
V.Namazov: “30-a yaxın təsərrüfata baxış keçirilib“

"Kənddən şəhərə" layihəsi uğurla işini davam etdirir. Artıq iyunun 4 dən isə "Şəhərdən kəndə" layihəsinə start verildi. 

"Real intervyu"nun qonağı Aqrar Tədarük və Təchizat ASC-nin müşaviri Vüqar Namazovdur.

"Şəhərdən Kəndə" layihəsində nə qədər təsərrüfat iştirak edir?

"30-a yaxın təsərrüfata baxış keçirilib. Təsərrüfatda kənar şəxslərin qəbulu üçün təhlükəsizlik təmin edilir. Turistlərin maraq göstərdiyi sahələr var. Müəyyən boşluqlar görəndə tövsiyyələr verilir, xaricdən ekspertlər dəvət olunur, maarifləndirilir, hazır təsərrüfatlarımız var. Maraqlıdır, amma qalmaq yeri yoxdur. Elə təsərrüfat var qalmağa yer var, qidalanma üçün şərait yoxdur. Təsərrüfatın ziyarəti zamanı turist qonşu təsərrüfatda qala bilər. Kənd evlərinə üstünlük verilir. Layihəmizin sosial yönümü var. İnsanlar fəqlilik istəyir, daha səmimilik istəyir, otellərə nisbətən daha fərqli yer istəyirlər. Şəhərdən Kəndə.az veb saytına gün ərzində 4-5 müraciət daxil olur. Vətəndaşlar müraciət edə bilərlər. Turların təkmilləşdirilməsi sahəsində işlər aparılır. İnsanlar turlara qatıla bilərlər. Yerli və xarici turistlər də cəlb olunur. Aqro sahəyə gedən turist investorlar da ola bilir. Bununla onlar bu sahəyə töhfə verirlər. Turlar üçün əvvəlcədən müraciət edirlər. Azərbaycanın kənd təsərrüfatı ilə daha çox Fransa vətəndaşları, İngiltərə vətəndaşları, Azərbaycanda yaşayan əcnəbilər daha çox maraqlıdırlar", deyə Vüqar Namazov bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

07 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə