Havanın temperaturu yüksələcək - VİDEO

Havanın temperaturu yüksələcək - VİDEO
“Hazırkı hava avqust üçün səciyyəvi deyil“

“Hazırda müşahidə olunan hava şəraiti və nisbətən mülayim temperatur göstəriciləri avqust ayı üçün səciyyəvi deyil. Belə temperatur rejiminə sentyabr ayının I ongünlüyünün sonu, II ongünlüyündə daha çox rast gəlinir”. 

REAL xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 

Dünən paytaxtda maksimal temperaturun 26-28 dərəcə təşkil etdiyini bildirən Nazirlik rəsmisinin sözlərinə görə, son 15 il ərzində avqust ayında daha çox qızmar, isti günlər üstünlük təşkil edib.

O bildirib ki, son 15 il ərzində avqust ayının I ongünlüyündə belə yağışlı hava şəraiti Bakıda 2009 və 2013-cü illərdə qeydə alınıb.

U. Tağıyeva qeyd edib ki, bu il avqust ayında hava şəraiti qeyri-sabit keçir: “Hazırda müşahidə olunan temperatur çox illik norma göstəricilərindən 2 dərəcə aşağıdır”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə