Qurbanlıq heyvan kəsənlərin bilməli olduğu qaydalar - VİDEO

Qurbanlıq heyvan kəsənlərin bilməli olduğu qaydalar - VİDEO
Kəsim üçün 44 stasionar və 33 çadırtipli məntəqə fəaliyyət göstərəcək

Respublikanın baş baytarlıq müfəttişi Qalib Əbdüləliyev mövzu barədə danışır.

"İnsanlarda olan yoluxucu xəstəliklərin 60 faizi heyvan mənşəlidir. İnsanları xəstəlikdən qorumaq üçün ilk növbədə heyvanı xəstəlikdən qorumaq lazımdır", -deyə  Qalib Əbdüləliyev bildirib.

Qanunsuz kəsimlə bağlı necə mübarizə aparılır?

Vətəndaşlar qida təhlükəsizliyində maraqlı olmalıdır

"Qurban bayramında heyvan satışa çıxaran vətəndaşlarımızın xaişimiz ondan ibarətdir ki, Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında da müəyyən olunan yerlər var. Bizdə Kənd Təsərrüfatı nazirliyi tərəfindən təqdim edilən siyahılar var ki, orada qurban kəsimi üçün Bakıya gətiriləcək xırdabuynuzli və iribuynuzlu heyvanların sayı var. Biz onun bölgüsünü, müxtəlif ünvanlara aparılamasını aparmışıq. Rayonlardan kəsim məqsədi ilə Bakı şəhərinə heyvan gətirən şəxslərdən xaişimiz ondan ibarətdir ki, Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət etsinlər. Oradan informasiya əldə etsinlər ki, hansı rayondan gəliblər, Bakının hansı istiqamətinə yönəldiblər, yaxud hansı ünvanlarda heyvanların kəsimini, yaxud diri çatdırılmasını təşkil edə bilərlər. Bu əvvəlcədən işin təşkilatçılığında nəzərdə tutulub. Buna əməl etsək Qurban Bayramı müddətində biz heç bir çətinliyə düşmərik. Bayramı da yüksək səviyyədə keçirərik", deyə Qalib Əbdüləliyev bildirib..

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə