Azərbaycanın 3 rayonunda qaz təchizatı dayandırılıb

Azərbaycanın 3 rayonunda qaz təchizatı dayandırılıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.

REAL Report-a istinadla xəbər verir ki, bununla əlaqədar saat 06:00-dan 21:00-a qədər bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-a qədər isə Saatlı və İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bundan başqa, bu gün saat 09:00-dan sabah işlər başa çatana qədər “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhərinin və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulub. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə