Agentlik: Lahıcda qəzalı vəziyyətdə olan “Hacı Paşa evi“ ilə bağlı aidiyyəti quruma müraciət edilib

Agentlik: Lahıcda qəzalı vəziyyətdə olan “Hacı Paşa evi“ ilə bağlı aidiyyəti quruma müraciət edilib

Lahıcda qəzalı vəziyyətdə olan “Hacı Paşa evi”nin texniki vəziyyətinin müayinəsi üçün aidiyyəti quruma müraciət edilib.

REAL Report-a istinadla xəbər verir ki,bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. 

Qeyd olunub ki, Lahıc qəsəbəsində, Girdiman çayının sahilindəki Əli Bayramov 11 ünvanında yerləşən 3 mərtəbəli 200 ildən çox yaşı olan “Hacı Paşa evi” adı ilə tanınan yaşayış evinin hazırda qəzalı vəziyyətdə olması ilə bağlı “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi tərəfindən Dövlət Turizm Agentliyinə rəsmi məlumat verilib.

Aidiyyəti üzrə agentlik binanın vəziyyətinin foto təsviri ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə sözügedən binanın texniki vəziyyətinin müayinəsi üçün müraciət ünvanlayıb.

Qeyd edək ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə