Sumqayıtda zavod ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB( VİDEO + FOTO)

Sumqayıtda zavod ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB( VİDEO + FOTO)

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.  

REAL Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu gün saat 11:41-də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “101” qaynar telefon xəttinə, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantılarının yanması barədə məlumat daxil olub.

Saat 11:46-dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə çatıb, “2 saylı çağırış” elan edilib. Güclü küləyə baxmayaraq, yanğın saat 13:32 dəqiqədə məhdudlaşdırılıb. Yanğın saat 15.02-də  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə