Bəzi yerlərə leysan yağacaq, dolu düşəcək - VİDEO

Bəzi yerlərə leysan yağacaq, dolu düşəcək - VİDEO
Hava ilə bağlı xəbərdarlıq

Avqustun 5-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-30° isti, Bakıda gecə 22-24° isti, gündüz 27-29° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti Güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Avqustun 05-də Abşeron yarımadasında güclü xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərindəşimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-17° isti, gündüz 19-24° isti təşkil edəcək

Daha ətraflı Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev REAL-a məlumat verdi.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə