Milli kino - 121 - VİDEO

Milli kino - 121 - VİDEO
Azərbaycan kinosu günü qeyd olunub

Avqustun 2-i Nizami Kino Mərkəzində Azərbaycan kinosu günü qeyd edildi.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Vaqif Əliyev Azərbaycan kinosunun uğurlarından, dövlətin kinoya olan qayğısından, son bir ildə Mədəniyyət Nazirliyinin kino sahəsində atdığı addımlardan danışıb.

Daha sonra söz Azərbaycan Respublikası Kinenmatoqrafçılar İttifaqının Sədri Şəfiqə Məmmədovaya verilib.

Açılış nitqlərindən sonra Mədəniyyət Nazirliyi və Kinematoqrafçılar İttifaqı kino xadimlərinə mükafatlar, diplom və fəxri fərmanlar təqdim edib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının 2019-cu ilin “Milli Kino Mükafatı” kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq Artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

Həmçinin 75 illik yubileyi və Milli kinoya verdiyi tövhələrə görə Xalq artisti, aktyor, rejissor Mahmudov Əbduləhəd Əlisa oğlu bu mükafata layiq görülüb.

Bundan başqa Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin gənclər üçün təsis edilmiş ilk “Yeni Nəfəs” Milli Kino mükafatını təqdim edib. Kino sənətinin inkişafındakı nailiyyətlərinə görə İttifaqın gənc üzvü Fariz Əhmədov “Yeni Nəfəs”( mükafatı 1000 manat) Milli Kino mükafatına layiq görülüb.

Bundan başqa İttifaq Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkarlara Həsən Seyidbəyli və Rasim Ocaqov adına medallar təsis edib. Eyni zamanda Respublika Kinematoqrafçılar İttifaqı məşhur kinorejissor Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətiylə təqaüd təsis edib. Bununla yanaşı kinonu ən yaxşı təbliğ edən mətbuat nümayəndələri üçün də pullu mükafatlar təsis edilib.

Mədəniyyət Nazirliyi və Avto FM-in dəstəyi ilə yayımlanan Cinema radio layihəsi də ilk mükafatını təqdim edib. “Audivozual sahədə müasir baxış” mükafatının ilk sahibi aktyor, teleaparıcı Kamran Ağabalayev olub.

Mükafatı təqdim edən AzerNewMedia Şirkətinin İcraçı direktoru Kamran Qasımov Cinema radio layihəsinin məqsəd və vəzifələrindən danışıb.

Mərasimin rəsmi hissəsindən sonra gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, eləcə də Orxan Ağazadənin müstəqil şəkildə çəkdiyi “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş olundu.

Qeyd edək ki, Milli Kino günü, Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə