Əbülfəs Qarayev Salyanda qəbul keçirəcək

Əbülfəs Qarayev Salyanda qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin avqust ayının 8-də saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev Salyan rayon Heydər Əliyev Mərkəzində (Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 42) Salyan rayonundan olan vətəndaşların qəbulunu keçirəcək.

REAL APA-ya istinadla xəbər verir ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Neftçala rayon Heydər Əliyev Mərkəzində (Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34) Neftçala rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, 213) Biləsuvar rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-55-21 və (012) 498-97-81 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Salyan rayonu

Günaydın Əhədova

050-442-11-18

02125-5-52-41

Neftçala rayonu

Elmira Kazımova

050-467-34-69

02126-3-43-09

Biləsuvar rayonu

Rəfiqə Cəfərova

050-382-58-95

02529-5-00-37

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

07 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə