“Jara“ Beynəlxalq Musiqi Festivalı bu gün başa çatır

“Jara“ Beynəlxalq Musiqi Festivalı bu gün başa çatır

Bakıda təşkil olunan IV “Jara" Beynəlxalq Musiqi Festivalı bu gün başa çatır.

REAL-ın APA-ya istinadən məlumatına görə, əvvəlki günlərdə olduğu kimi iştirakçılar yenə də qırmızı xalı üzərindən keçəcəklər.

Sonra Festival tanınmış müğənnilərin ifaları ilə davam edəcək.

Festivalın sonuncu günündə xalq artisti Emin Ağalarov, Qriqori Leps, Timati, Lyubov Uspenskaya və başqaları, eləcə də bir sıra musiqi qrupları çıxış edəcəklər.

Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, xalq artisti Emin Ağalarov, Rusiyalı müğənni Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə