Bakı-2019: Azərbaycan üzgüçüsü yarımfinala yüksəlib

Bakı-2019: Azərbaycan üzgüçüsü yarımfinala yüksəlib

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları davam edir.

REAL APA-ya istinadla xəbər verir ki, Azərbaycan yığmasının üç üzvü starta çıxıb.

Qızların 100 m məsafəyə batterflyayla üzmə yarışında təmsilçimiz uğurlu çıxış edib. Məryəm Şeyxəlizadəxangah təsnifatda 1 dəqiqə 02,11 saniyə ilə 49 üzgüçü arasında 8-ci olub. Bununla da idmançı yarımfinala yüksəlib. O, bu gün saat 17:43-də baş tutacaq mərhələdə finala vəsiqə üçün mübarizə aparacaq.

200 m məsafəyə sərbəst üsulla üzən qızların yarışında Aysel Səfərova qüvvəsini sınayıb. Təsnifatda 2 dəqiqə 18,22 saniyə nəticə göstərən təmsilçimiz 47 idmançı arasında 46-cı olub.

Əliyar Cahangirbəyov isə oğlanların 200 m məsafəyə arxası üstə üzmə yarışında mübarizə aparıb. O, təsnifatda 2 dəqiqə 14,82 saniyəyə üzərək 31 iştirakçıdan 29-cu olub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə