Bakı sakininin 192 min manatını mənimsəmiş şəxsin şikayəti təmin edilməyib

Bakı sakininin 192 min manatını mənimsəmiş şəxsin şikayəti təmin edilməyib

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Rzayev barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

REAL APA-ya istinadla xəbər verir ki,  hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub.

Qərara əsasən, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib. 

Qeyd edək ki, Bakı şəhər sakini, 56 yaşlı Sənan Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək 1983-cü il təvəllüdlü E.Rzayevin ona qarşı dələduzluq etdiyini bildirib.

S.Həsənov deyib ki, E.Rzayev onun 192 min manat pulunu alaraq qaytarmayıb.

Daha sonra E.Rzayev saxlanılıb. Məlum olub ki, o daha 2 nəfər qarşı da dələduzluq edib.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il  E. Rzayev 7 il 4 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxs apelyasiya şikayəti verib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə