Çin nümayəndələri YAP-da (VİDEO)

Çin nümayəndələri YAP-da (VİDEO)
Görüşdə iki ölkə arasında mövcud əlaqələr müzakirə olundu

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Sun Taonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Baş Nazirin müavini qeyd edib ki, iki ölkə arasında strateji əlaqələr mövcuddur: "Azərbaycan və Çin arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr müxtəlif sahəri əhatə edir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək".

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao Ə.Əhmədova səmimi qəbula görə təşəkkürünü bildirib.

S.Tao deyib ki, Çinlə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur.

Görüşdə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Aydın Hüseynov, Hikmət Məmmədov da iştirak edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə