BVF neft qiymətlərinə dair proqnozunu artırıb

BVF neft qiymətlərinə dair proqnozunu artırıb

Beynəlxalq Valyuta Fondu 2019-2020-ci illər üçün dünyada neftin qiymətlərinə dair proqnozunu bir barel üzrə müvafiq olaraq 6,4 dollar artıraraq 65,52 dollara və 4,9 dollar artıraraq 63,88 dollara çatdırıb.

REAL “Report”a istinadən xəbər verir ki, bu barədə fondun iyul ayına dair “World Economic Outlook” hesabatında bildirilir.

“2018-ci ildə bir barel neftin orta qiyməti 68,33 dollar olub. Bazar konyunkturuna əsasən 2019-cu ildə qiymət 65,52 dollar, 2020-ci ildə isə 63,88 dollar məbləğində ehtimal olunur” , - deyə sənəddə göstərilir.

Qeyd edək ki, aprel ayının hesabatında orta qiymətlərə dair cari və gələn ilin proqnozu müvafiq olaraq 0,2 dollar artıraraq 69,16 dollara və 0,3 dollar artıraraq 59,02 dollara çatdırmışdı.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə