Elmir Əliyev festivalın qalibi oldu - VİDEO

Elmir Əliyev festivalın qalibi oldu - VİDEO
Güləşçilər medal kolleksiyamızı artırır

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışları başa çatıb.

REAL-ın məlumatına görə, üçüncü yarış günündə 7 çəki dərəcəsində mükafatçılar bəlli olub.

Medal uğrunda qarşılaşmalar günün ikinci yarısında baş tutub. Azərbaycanın 6 güləşçisi xalça üzərinə çıxıb. Onlardan beşi qızıl, biri bürünc medal uğrunda görüşdə qüvvəsini sınayıb. Nəticədə komandamız günü 4 qızıl, 1 gümüş və 1 bürünclə tamamlayıb.

Yunan-Roma güləşində Elmir Əliyev (51 kq) finalda Sanya Yakovlev (Ukrayna) ilə üz-üzə gəlib. Rəqibin kürəyini yerə vuran idmançı təmiz qələbə ilə festivalın çempionu adını qazanıb.

Xasay Həsənlinin (65 kq) finaldakı rəqibi Deni Nakayev (Almaniya) olub. Görüşün gedişində 0:2 hesabı ilə uduzan həmyerlimiz qarşılaşmanın sonluğunda əzmkarlıq nümayiş etdirərək, üç xal qazanıb və qızıl mükafata yiyələnib.

Qadın güləşində Elnurə Məmmədova (53 kq) finalda Polina Lukina (Rusiya) ilə münasibətlərini aydınlaşdırıb. Qarşılaşmaya daha fəal başlayan rəqib təmiz qələbə qazanıb. Məğlub olan idmançımız isə gümüş mükafata sahib olub.

Bürünc medal görüşünə çıxan Nigar Mirzəzadə (65 kq) Sofiya Polovçik (Polşa) ilə görüşüb. 6:6 hesabı ilə başa çatan qarşılaşmada güləşçimiz əlavə göstəricidə üstün olduğu üçün bürünc medala layiq görülüb.

Sərbəst güləşdə hər iki çəki dərəcəsində finalda Azərbaycan və Rusiya idmançıları qarşılaşıblar. Kənan Heybətov (51 kq) Rustam Dolayevi sınağa çəkib. Təmsilçimiz 8:5 hesablı əzmkar qələbə qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Cəbrayıl Hacıyev (65 kq) isə Batirbek Tşkovrebov ilə görüşüb. O da komanda yoldaşı kimi əzmkar qələbə qazanıb. Rusiyalı rəqibini 6:5 hesabı ilə məğlub edən C. Hacıyev yarışın qalibi olub. 

Beləliklə, yarışın ilk iki günündə 10 medal (4 qızıl, 4 gümüş, 2 bürünc) qazanan Azərbaycan güləşçiləri bu rəqəmi 16-ya çatdırıblar. Yığma Bakı-2019-da 8 qızıl, 5 gümüş və 3 bürünc əldə edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə