Gədəbəydə yeni yol salınır - VİDEO

Gədəbəydə yeni yol salınır - VİDEO
İsalı-Zamanlı yolunda əsaslı təmirə başlanılıb

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaratmaqla vətəndaşın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb.

REAL xəbər verir ki, bu çərçivədə Gədəbəy rayonunda 23.5 km. uzunluğa malik Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 km)-İsalı-Zamanlı avtomobil yolu yenidən qurulur. IV texniki dərəcəli olan yerli əhəmiyyətli İsalı-Zamanlı avtomobil yolu başlanğıcını Gədəbəy-Novosaratovka-Qaravəlilər yolundan götürür. 

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının kəsilərək torpaq yatağının genişləndirilməsi tələb olunurdu.

Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaranmış maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyu lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib.

Hazırda yolun 140 min kv.m-dən çox sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir. 

 Anar Nəcəfli - AAYDA-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi: “Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, əhalinin həyat şəraitinə müsbət təsir edən kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihələrinin işlənilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında agentliyimiz tərəfindən ölkə boyu işlər aparılır. Təbii ki, Gədəbəy rayonu yerli əhəmiyyətli İsalı-Zamanlı avtomobil yolunun da əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirməkdir.”

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, 18 yol birləşməsinin təmiri, 8 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yol kənarında 800 paqon-metr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün 325 yol nişanı, 540 siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə