Bakı-Şamaxı yolunda qəza - VİDEO

Bakı-Şamaxı yolunda qəza - VİDEO
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun 30 km-də, Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Ağsu-Bakı marşrutu üzrə hərəkətdə olan, Ağsu sakininin idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alanlardan birinə qəza yerində ilkin tibbi yardım göstərib və ambulator müalicəyə göndərib.

Digər yaralı, 1980-ci il təvəllüdlü Məhərrəmov Adil Cahid oğlu isə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə