Azərbaycan - Çin əlaqələri - VİDEO

Azərbaycan - Çin əlaqələri - VİDEO
Mübariz Qurbanlı: “Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir“

Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan-Çin münasibətlərindən bəhs edib. Qeyd edib ki, ölkələrarası münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərlərini xatırladan M.Qurbanlı bildirib ki, hər iki dövlət arasında iqtisadi, siyasi sahələrdə əməkdaşlıq davam edir. Azərbaycan və Çin "Bir kəmər, bir yol" layihəsində əməkdaşlıq edirlər.

Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ölkələrimizin parlamentləri arasında da əməkdaşlıq mövcuddur.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Sun Tao bildirib ki, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlər mövcuddur. Bu da xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsir göstərir. Azərbaycanın və Çinin hakim partiyaları arasında da yaxşı əlaqələr var.

"Çin ilə Azərbaycan arasında münasibətləri daha da inkişaf etdirmək istəyirik. İki ölkə arasında qarşılıqlı səfərlər münasibətlərin inkişafına mühüm təsir göstərir. Çin son illərdə xeyli inkişaf edərək dünya bazarında mühüm bir paya malik olub. Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndiririk".

Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan Çində 40 il əvvəl başlanan və bu gün müsbət nəticələr verən islahatları diqqətlə izləyir. Reallaşan islahatlar təkcə Çinin deyil, bütün dünyanın iqtisadiyyatına müsbət təsir edir.

Hazırda Azərbaycanın Çinlə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə