Zelenskinin partiyası liderlik edir - VİDEO

Zelenskinin partiyası liderlik edir - VİDEO
Ukraynalılar dəyişiklik gözləyir

Dünən Ukraynada Parlament seçkiləri keçirildi.

22 partiyanın iştirak etdiyi seçkilərdə 43,9 faiz səslə Prezident Zelenskinin partiyası parlamentin yarısını əldə edib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Sədri, Ukrayna Assambleyasının rəhbəri Rövşən Tağıyev Ukraynadakı Parlament seçkilərini prezident seçkilərindən heç də az əhəmiyyət daşımadığını deyir.

Seçkidən sonra Ukrayna xalqına təşəkkür edən Vladimir Zelenski çıxışında Svyatoslav Vakarçukun başçılıq etdiyi bir partiya istisna olmaqla hər hansı bir koalisiya ehtimalını imkansız hesab edib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də koalisiyanı real hesab etmir.

Qeyd edək ki, Ukrayna Ali Radasına keçirilən seçkilərdə 6 həmyerlimiz də namizədliyini irəli sürmüşdü.

Onu da qeyd edək ki, vəzifəsinin icrasına rəsmən başlayandan dərhal sonra Prezident Zelenskinin atdığı ilk addım Ukrayna parlamentinin buraxılacağı haqqında qərar olub. O, bunu ukraynalılar arasında hazırkı deputatlara etimadın aşağı olması ilə izah edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə