Əli Əhmədov: Azərbaycanda bütün sahələrdə inkişaf özünü göstərir

Əli Əhmədov: Azərbaycanda bütün sahələrdə inkişaf özünü göstərir

 

"Azərbaycanda bütün sahələrdə inkişaf özünü göstərir. İnsanların rifah halının yaxşılaşdırılması üçün hökumət mütəmadi addımlar atır, minimum pensiya, əməkhaqqı artır”. 

REAL APA-ya istinadla xəbər verir ki, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycanda sabitlik, əmin-amanlıq ən mühüm amillərdən biridir: “Dünyada müşahidə edilən təlatümlər, qarşıdurmalar, münaqişələr fonunda Azərbaycandakı sabitlik, insanların təhlükəsizliyi ölkənin üstünlüklərindən biridir. Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıqla qarşılaşmırlar. Azərbaycan dünya birliyində mövqeyini möhkəmləndirir. Azərbaycan böyük beynəlxalq layihələrdə yaxından iştirak edir. Ölkəmiz mövcud resurslarından səmərəli istifadə etməklə dünya birliyinə daha sürətlə inteqrasiya etmək imkanı əldə edir”.

Ə.Əhmədov qeyd edib ki, bəzi hallarda Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar: “Biz buna təəssüf edirik. Aparılan kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı bizi narahat edir".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə