Əli Əhmədov: Kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı bizi narahat edir

Əli Əhmədov: Kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı bizi narahat edir

"Azərbaycan inkişaf edir. Ölkədə bütün sahələrdə inkişaf özünü göstərir. İnsanların rifah halının yaxşılaşdırılması üçün hökumət mütəmadi addımlar atır, minimum pensiya, əməkhaqqı artırılır. Azərbaycanda sabitlik, əmin-amanlıq ən mühüm amillərdən biridir".

REAL Report-a istinadla xəbər verir ki, Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP-da jurnalistləri mükafatlandırma mərasimində deyib.

Baş Nazirin müavini qeyd edib ki, dünyada müşahidə edilən təlatümlər, qarşıdurmalar, münaqişələr fonunda Azərbaycandakı sabitlik, insanların təhlükəsizliyi ölkənin üstünlüklərindən biridir: "Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıqla qarşılaşmırlar. Azərbaycan dünya birliyində mövqeyini möhkəmləndirir. Azərbaycan böyük beynəlxalq layihələrdə yaxından iştirak edir. Ölkəmiz mövcud resurslarından səmərəli istifadə etməklə dünya birliyinə daha sürətlə inteqrasiya etmək imkanı əldə edir. Bəzi hallarda Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar. Biz buna təəssüf edirik. Aparılan kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı bizi narahat edir".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə