Bakı-2019: Azərbaycan millisinin 4 atleti mübarizəni dayandırıb

Bakı-2019: Azərbaycan millisinin 4 atleti mübarizəni dayandırıb

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışları start götürüb.

REAL APA-ya istinadla xəbər verir ki,  bu idman növü üzrə yarışların ilk günündə Azərbaycan millisinin dörd üzvü səhər sessiyasında qüvvəsini sınayıb.

Yığma üzvləri mərhələ adlaya bilməyərək mübarizəni dayandırıblar. Qızların nüvə itələmə yarışında təsnifat mərhələsi başa çatıb. Günel Hüseynova 12,20 m nəticə ilə 20 iştirakçı arasında sonuncu olub.

Qızların 800 m məsafəyə qaçış yarışında da 20 atlet mübarizə aparıb. 2 dəqiqə 42,84 saniyə nəticəyə imza atan Günel Manafova I mərhələdə 20-ci yeri tutub.

Fəxriyyə Tağızadə qızların 100 m məsafəyə qaçış yarışında sürətini yoxlayıb. O, I mərhələdə 12,27 saniyə nəticəyə nail olub. Atlet 20 idmançı arasında 15-ci olub.

Oğlanların 100 m məsafəyə qaçışında çıxış edən Aleksey Ələkbərov da I mərhələdə sonuncu olub. O, start xəttinə çıxan 20 iştirakçı arasında finişə çatan 19-u arasında ən aşağı nəticə göstərib – 11,43 saniyə.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə