“Şah“ın ilk final həmləsi - VİDEO

“Şah“ın ilk final həmləsi - VİDEO
Şahmatçımız baş mükafat uğrunda fransalı həmkarı ilə qarşılaşır

Riqada şahmat üzrə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi başa çatmaq üzrədir. Latviyada keçirilən yarışda bu gün final görüşlərinə start veriləcək.

Şahmatçımız Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşe-Laqravla üz-üzə gələcək.

Xatırladaq ki, qrossmeysterimiz yarımfinalda ABŞ təmsilçisi Uesli Sonu mübarizədən kənarlaşdırıb.

Vaşe-Laqrav isə rusiyalı Aleksandr Qrişuku üstələyib.

Tərəflər sabah cavab qarşılaşmasına çıxacaqlar. 2 oyunun nəticəsinə görə qalib müəyyənləşməsə, zəka sahibləri ertəsi gün tay-brekdə münasibətləri aydınlaşdıracaqlar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə