Bir qrup əlilliyi olan şəxs “Duzdağ“ Fizioterapiya mərkəzinə yola salınıb

Bir qrup əlilliyi olan şəxs “Duzdağ“ Fizioterapiya mərkəzinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan MR-dəki “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb.

REAL Report-a istinadla xəbər verir ki, əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlərin bir istiqaməti də onların sağlamlıqlarının bərpasına yönəlib. 

Bu istiqamətdə aparılan işlər çərçivəsində nazirlik tərəfindən əliliyi olan şəxslərin xəstəlikləri nəzərə alınmaqla müvafiq müalicə müəssisələrində müalicə kursu keçmələri də təşkil olunur. “Duzdağ” Fizioterapiya mərkəzinə göndərilən şəxslərin xəstəliklərinin müalicəsi üçün həmin Fizioterapiya mərkəzində təbii resurslardan istifadə edilməklə səmərəli fizioterapevtik müalicə prosedurları tətbiq olunur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə