EYOF: Azərbaycan güləşçiləri ilk günü 4 medalla başa vurub - VİDEO

EYOF: Azərbaycan güləşçiləri ilk günü 4 medalla başa vurub - VİDEO
Bahadırlarımızdan uğurlu start

Azərbaycanın daha bir sərbəst güləşçisi Əbülfəz Nəsirov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

REAL-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada İtaliya təmsilçisi Simone Vinçentso Piroddu ilə görüşüb.

Rəqibinə məğlub olan (5:10) Nəsirov gümüş medalla kifayətlənib.

Daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medala sahib olub. Digər sərbəst güləşçisi Murad Haqverdiyev (45 kq) isə qızıl medal əldə edib.

 

*****

16:16

 

XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışlarında həlledici qarşılaşmalar start götürüb.

REAL-ın məlumatına görə, ilk mükafatçılar yunan-Roma güləşində müəyyənləşib.
 
45 kq çəki dərəcəsində bürünc və qızıl medal uğrunda görüşlər keçirilib. Azərbaycan millisinin üzvü Fərid Sadıxlı çempionluq uğrunda mübarizə aparıb.

Əvvəlki qarşılaşmalarda Andrea Martinonu (İtaliya) 4:0, Davit Qvasalianı (Gürcüstan) 3:1, Maksim Qurovu (Rusiya) 4:0 hesabı ilə məğlub edən güləşçimiz finalda türkiyəli Umut Çobanla üz-üzə gəlib.

Təmiz qələbə (9:0) qazanan F. Sadıxlı festivalın ilk çempionu olub. O, qarşılaşmanı vaxtından əvvəl bitirib.

Qeyd edək ki, bu gün daha üç güləşçimiz medal uğrunda mübarizə aparacaq. Onlardan ikisi qızıl, biri bürünc üçün güləşəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə