“Qəbələ” və “Neftçi”nin III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub

“Qəbələ” və “Neftçi”nin III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub

Avropa Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək püşkatması ərəfəsində UEFA iştirakçıları qruplara bölüb.

REAL-ın APA-ya istinadən məlumatına görə, həmin raundda II təsnifat mərhələsinin 37 cütünün qalibi, Çempionlar Liqasında eyni mərhələnin Liqa yolunun 2 cütündə uduzan komandalar, həmçinin mübarizəyə bu turdan başlayan 13 klub qüvvəsini sınayacaq.

Püşk öncəsi 39 cüt və 13 komanda 5 qrupa bölünüb. Azərbaycan təmsilçiləri “Qəbələ” və “Neftçi”nin yer aldığı cütlərdə mümkün rəqiblərini tanıyıblar.

Əyalət klubunun Tbilisi “Dinamo”su ilə cütü 1-ci qrupun səpələnməmişlərindən biridir. Bu duelin qalibini püşkdə 5 mümkün variant gözləyir. Avropa Liqasının II təsnifat mərhələsinin “Hapoel Bier-Şeva” (İsrail) - “Kayrat” (Qazaxıstan), “Apollon” (Kipr) - “Şemrok Rovers” (İrlandiya), “Torino” (İtaliya) - "Debretsen" (Macarıstan) cütlərinin qalibləri, həmçinin Çempionlar Liqasının “Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan) qarşılaşmasında uduzan komanda və yarışa bu raunddan başlayacaq “Feyenoord” (Hollandiya) təmsilçimizin mümkün rəqibləridir.

“Neftçi”nin Tula “Arsenal”ı ilə cütünü isə 6 variant gözləyir. 5-ci qrupun səpələnmişi olan bu cütdə qalib gələcək komanda Avropa Liqasının 4 qarşılaşması və ya 2 komandadan biri ilə görüşəcək. Bunlar “Utrext” (Hollandiya) - "Zrinski" (Bosniya və Herseqovina), MOİK (Bolqarıstan) - “Osiyek” (Xorvatiya), “Lütsern” (İsveçrə) - “Klaksvik” (Farer adaları), "Honved" (Macarıstan) - "Universitatya” (Krayova, Rumıniya) cütləri, həmçinin “Trabzonspor” (Türkiyə) və “Bney Yehuda” (İsrail) klublarıdır.

Qeyd edək ki, püşkatma sabah İsveçrənin Nyon şəhərində baş tutacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə