Yevlaxda minik avtomobili traktora çırpılıb, xəsarət alanlar var

Yevlaxda minik avtomobili traktora çırpılıb, xəsarət alanlar var

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

REAL Report-a istinadla xəbər verir ki, hadisə Cırdaxan kəndində qeydə alınıb. 

"VAZ-2107" markalı avtomobil traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində "VAZ-2107"-in sürücüsü, 1978-ci il təvəllüdlü Hüseyn Əhmədov və sərnişin, 1969-cu il təvəllüdlü Salman İmranov xəsarət alıblar. S.İmranov xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə