Mayk Pompeo Mövlud Çavuşoğluna “S-400“ sazişindən məyusluğunu bildirib

Mayk Pompeo Mövlud Çavuşoğluna “S-400“ sazişindən məyusluğunu bildirib

ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə söhbətində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması üzrə sazişdən məyus olduğunu bildirib.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqusun yazılı bəyanatında bildirilir.

"Dövlət katibi Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərialmasından məyusluğunu ifadə edib", - deyə Morqan Ortaqusun yazılı bəyanatında bildirilir. 

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Mövlud Çavuşoğlu və Maykl Pompeo “F-35” qırıcıları ilə bağlı proqramından, “S-400” zenit–raket kompleksinin tədarükündən, Suriyadakı vəziyyətdən, Münbicin şimalından terrorçu PKK/YPG-PYD qruplaşmasının çıxarılmasından, İdlibdə atəşkəsin pozulmasından və Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasından da danışıblar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə