Hacıqabulda ziyarətə gedənlər avtoqəzaya uğrayıb

Hacıqabulda ziyarətə gedənlər avtoqəzaya uğrayıb

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

REAL APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində baş verib. “Toyota Prado” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan şəhər xəstəxanasına aparılıb.

Qeyd edilir ki, avtomobildə olanlar “Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə