Bakıda polis idarəsi rəisinin şikayəti təmin edilməyib

Bakıda polis idarəsi rəisinin şikayəti təmin edilməyib

Yasamal rayon Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühiti Mühafizəsi Departamentini məhkəməyə verib.

REAL APA-ya istinadla xəbər verir ki,  polis idarəsi departament barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə iş başlayıb. 

İdarə departamentin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş şəxs  haqqında göndərdiyi sorğuya 5 gün müddətində cavab vermədiyinə görə cərimə tətbiq edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət edib.

Yasamal rayon Məhkəməsində başlanmış inzibati iş üzrə icraata xitam verilib. Qərardan Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin rəisi Cəmil Əmirov şikayət verib. Bakı Apelyasiya Məhkəməsində də Yasamal rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə