37 tələbə Çində təhsil alacaq - VİDEO

37 tələbə Çində təhsil alacaq - VİDEO
32 tələbə magistratura, 2-si doktorantura, 3-ü bakalavr təhsili alacaq

Nadir Təhsil Nazirliyi tərəfindən Çinə təhsil almaq üçün göndərilən 37 tələbədən biridir. Bu onun ikinci magistr təhsili olacaq. Xarici ölkə olaraq Çini seçməkdə isə məqsədi var.

Gənclərin Çində təhsil və yaşayış xərclərini Çin, yol xərclərini isə Azərbaycan Təhsil Nazirliyi qarşılayacaq. 2015 ci ildə Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıqla bağlı imzalanmış müqaviləyə əsasən hər il Azərbaycan Çinə 50 tələbə göndərir, eyni sayda çinli tələbələr də Azərbaycanda təhsil almaq üçün gəlirlər.

Çində təhsil almaq üçün Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə iştirak etmək lazımdır. Daha dəqiq, tək iştirak yox, bu müsabiqədə yaxşı nəticə göstərmək şərtdir.

Qeyd edək ki, Təhsil Nazirliyi iki tərəfli müqavilələr əsasında təkcə Çinə deyil, Macarıstan , Ruminya və Latviyaya da təhsil almaq üçün tələbə göndərir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə