Coğrafiya İnstitutu: Abşeron gölləri hədsiz dərəcədə müxtəlif tullantılarla çirklənib

Coğrafiya İnstitutu: Abşeron gölləri hədsiz dərəcədə müxtəlif tullantılarla çirklənib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H. Əliyev adına Coğrafiya İnstitutunda “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib.

İnstitutdan REAL-a verilən məlumata görə, coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Abşeron göllərinin müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusunda hazırladığı layihə haqqında məruzə edib.

O bildirib ki, bu günədək Abşeron yarımadasında göllərin morfometrik parametrləri, fiziki, kimyəvi, bioloji göstəriciləri, xüsusilə də müasir ekoloji vəziyyəti və onların zamanla dəyişmə xüsusiyyətləri tədqiq edilməyib, “Azərbaycan Respublikası Göllərinin Kadastrı” tərtib olunmayıb.

Ceyranbatan su anbarı və kanalları istisna olmaqla, Abşeronun müasir hidroqrafık şəbəkəsinin əsasını göllərin təşkil etdiyini bildirən məruzəçinin sözlərinə görə, bu göllərdən uzun illər əhali tərəfindən bir sıra təsərrüfat və sosial-iqtisadi ehtiyatların ödənilməsi üçün istifadə olunub.

V. Məmmədov qeyd edib ki, Abşeron gölləri hədsiz dərəcədə müxtəlif məişət, tikinti, sənaye zibilləri, yeraltı faydalı qazıntılardan qalan tullantılarla çirklənib.

Tədqiqat işinin üç mərhələdə aparıldığını bildirən məruzəçi ilk dəfə olaraq Abşeron yarımadasındakı göllərin ərazi və yüksəklik üzrə qiymətləndirilməsini, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilərək xəritələşdiriləcəyini, göllərin qorunması və idarə olunmasında əldə edilən məlumatların yardımçı rolunu oynayacağını qeyd edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə