“Rəqəmsal Transformasiya və İnnovasiyalar“ proqramının açılışı -VİDEO

“Rəqəmsal Transformasiya və İnnovasiyalar“ proqramının açılışı -VİDEO
Nazir müavinləri üçün təlim

“Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramının açılış mərasimi keçirildi.

Proqram çərçivəsində müxtəlif dövlət qurumlarının, müəssisələrin rəhbər şəxsləri üçün təlimlər keçiriləcək.

Təlimlər AR Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Paşa Bankın təşkilatçılığı ilə həyəta keçirilir. 

Asan xidmətin sədri Ülvi Mehdiyev, “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov təlimin dövlət xidmətlərinin rəqəmsallaşması, eləcə də innovasiyaların idarə edilməsi istiqamətində əhəmiyyətini vurğuladılar.

Asan xidmətin sədr müavini Ceyhun Salmanov bildirdi ki, treninqlər Rusiyanın “Skolkovo” İnnovasiya Mərkəzinin və İsveçrənin St.Gallen Universitetinin ekspertləri tərəfindən keçiriləcək.

Qeyd edək ki, təlimlər iki gün davam edəcək. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə