Bakı-2019: Azərbaycan millisinin bayraqdarı müəyyənləşib

Bakı-2019: Azərbaycan millisinin bayraqdarı müəyyənləşib

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Gənclər Olimpiya Festivalında Azərbaycan millisinin bayraqdarı müəyyənləşib. 

REAL APA-ya istinadla xəbər verir ki, açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq. 

“Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. 

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

Yarış zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə