"Bitcoin"in qiyməti 125 min dollar olacaq

Yaxın 4 il ərzində qlobal bazarda "Bitcoin"in qiyməti 125 min dollar, kriptovalyuta bazarının kapitallaşması isə bu ilin sonuna 1,2 trln. dollara yüksələcək.

Bu proqnozu "Wall Street"in məşhur strategiya mütəxəssisi olan Tomas Li (Thomas Lee) səsləndirib. 

Xatırladaq ki, hazırda kriptovalyuta bazarının kapitallaşması 580 mlrd. dollara bərabərdir.

T.Li 2017-ci ilin oktyabr ayında "Bitcoin"in qiyməti üçün 25 min dollar proqnozunu verib. Bununla da o, yeni hədəfini 5 dəfə artırıb. Qeyd edək ki, hazırda "Bitcoin"in qiyməti 11 700 dollara bərabərdir. Ekspert kriptovalyuta bazarında kapitallaşmasına görə ikinci sırada olan "Ethereum"un bu ilin sonuna 1 900 dollara kimi bahalaşacağını bildirib. Hazırda isə "Ethereum" 1 050 dollara satılır.

"İnvestorlar 2018-ci ildə sayı daha çox olan kriptovalyutalardan, sayı daha az olanlara keçməyə çalışacaqlar. Kriptovalyutalara sənaye sektorları tərəfindən vəsait axını sürətlənəcək", - deyə T.Li əlavə edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər