“Qarabağ“ “Partizani“yə qalib gəlib - VİDEO, YENİLƏNİB, 2

“Qarabağ“ “Partizani“yə qalib gəlib - VİDEO, YENİLƏNİB, 2
Start heyətlər məlumdur

Filip Ozobiçin hissənin əvvəlində vurduğu top qonaqların müqavimətini qırıb. Oyunun sonunda isə Dani Kintana ikinci qolu vurub. Bu iki top həm görüşün, həm də cütün taleyinə aydınlıq gətirib.

2:0 hesablı qələbə “Qarabağ”ı növbəti mərhələyə daşıyıb.

Burada isə komandamızın rəqibi hazırda davam edən “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) oyununun güclüsü olacaq. 

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab matçları 30-31-də baş tutacaq.

*****

22:11

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - “Partizani” (Albaniya) oyununda hesab açılıb. 

REAL-ın məlumatına görə, Bakıda keçirilən matçın 51-ci dəqiqəsində Ağdam klubunun futbolçusu Filip Ozobiç fərqlənib - 1:0. 

*****

20:24

"Qarabağ" və Albaniyanın "Partizani" komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb.

REAL xəbər verir ki, komandalar "Dalğa Arena"da keçiriləcək matça aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 3.Ailton Silva, 8. Miçel, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 7. Araz Abdullayev, 9. Xayme Romero

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov
"Partizani": 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 10. Yasir Asani, 9. Teofilus Solomon, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyro, 33. Eneo Bitri

Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Cozef Ekuban, 99. Brayan Braun, 90. Emmanuel Mensa

Qeyd edək ki, oyun bu gün 21:00-da başlayacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə