Bu il Azərbaycana qanunsuz yolla gətirilən psixotrop maddələrinin həcmi 47 dəfə artıb

Bu il Azərbaycana qanunsuz yolla gətirilən psixotrop maddələrinin həcmi 47 dəfə artıb

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 311 qaçaqmalçılıq faktı qeydə alınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34,1% çoxdur.

REAL APA-ya istinadla xəbər verir ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 206, gömrük ödənişlərindən yayınma ilə əlaqədar 9, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə ilə bağlı 12, digər cinayət xarakterli bağlı isə 83 fakt aşkarlanıb.

Hesabat dövründə DGK əməkdaşları tərəfindən 619 497,6870 qram narkotik vasitə, 65 747,8395 qram isə psixotrop maddələr aşkarlanıb. Ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin yanvar-iyun aylarında aşkarlanmış narkotik vasitələrinin həcmi 12% azalıb, psixotrop maddələrin həcmi isə 47,5 dəfə artıb.

Ümumilikdə? bu ilin altı ayı ərzində 481 nəfər təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə