Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Yevlaxda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub.

REAL APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun Yevlax şəhərindəki nəqliyyat körpüsü yaxınlığında baş verib.

Belə ki, Bakı-Gəncə marşrutu ilə işləyən “Ford” markalı sərnişin mikroavtobusu “Opel” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 4 nəfər – Bakı şəhər sakinləri, 1979-cu il təvəllüdlü Alıyev Yusif İsmayıl oğlu, 1973-cü il təvəllüdlü Dadaşova Afaq Fikrət qızı, Tovuz rayon sakinləri, 1975-ci il təvəllüdlü Niyazov Qələndər Cəfər oğlu və 1996-cı il təvəllüdlü Mayılova Səbinə Nüsrət qızı xəsarət alıb. Yaralılar Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə