Qərb bölgəsində güclü külək - FOTO, VİDEO

Qərb bölgəsində güclü külək - FOTO, VİDEO
Güclü külək Gəncədə fəsadlar törədib

Güclü külək və yağış qərb bölgəsində bir sıra fəsadlar törədib.

REAL-ın məlumatına görə, Gəncə şəhərində günorta saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə iri gövdəli ağacları aşırıb.

Ağaclardan bəziləri yaxınlıqdakı avtomobillərin üzərinə düşüb. Xəsarət alan olmasa da, nəqliyyat vasitələtinə ciddi ziyan dəyib. Şəhərin Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobilin üzərinə ağacın aşması nəticəsində yolda bir müddət nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. 

Eyni zamanda güclü külək Şəmkir, Tovuz və Ağstafa rayonunlarında da müşahidə olunub. Elektirik dirəklərinin aşması səbəbindən Tovuz rayonunun bəzi ərazilərində elektirik enerjisinin verilməsində fasilələr yaranıb. 

Gədəbəy rayonuna isə dolu düşüb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə ziyan dəyib.

REAL-ın birbaşa efirində Gəncə Şəhər İH başçısının müavini Mikayıl Zeynalov fəsadlarla bağlı danışdı.

Qeyd edək ki, bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə