50 ilin kitabı - VİDEO

50 ilin kitabı - VİDEO
Professor kitabının Azərbaycan dilinə tərcüməsini istəyir

Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim Zümrüd Quluzadə Nəsimi ili çərçivəsində müəllifi olduğu kitabın Azərbaycan dilində çapı məsələsini gündəmə gətirir.

O kitab ki, Azərbaycan məkanında ən böyük fəlsəfi cərəyanlardan birinə-hürufiliyə və onun Azərbaycandakı nümayəndələrinə həsr olunub. Kitab Zümrüd xanımın doktorluq işidir və hələ 1970-ci ildə işıq üzü görüb. O hürufiliyi təhlil edən ilk monoqrafik əsərdir. 

Hürufilik 14-cü əsrin sonu, 15-ci əsrin əvvəllərində Azərbaycanda, Anadoluda yaranan sufi təriqətidir. 

Xatırladaq ki, Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı prezident İlham Əliyevin sərəncamı bir sıra dövlət qurumları qarşısında müxtəlif tapşırıqlar qoyur.

O sırada yubiley ilində şairə aid monoqrafiyaların, Nəsimi - 650 elmi-bioqrafik göstəricisinin, Nəsimi əsərlərinin Azərbaycan və xarici dillərdə nəşri də var.

Öyrəndik ki, professor Zümrüd Quliyevanın kitabı Elm nəşriyyatında rus dilində yeni redaktədə çapa hazırlanır. Eyni zamanda əsərin ingilis dilinə tərcüməsi də nəzərdə tutulub. Kitabın Azərbaycan dilinə tərcüməsi isə təəssüf ki, nəzərdə tutulmayıb.

Müəllif deyir ki, 1973-cü ildə Nəsiminin 600 illiyində də kitabın Azərbaycan dilinə tərcüməsi reallaşmamışdı. Deyəsən doğrudan da tarix təkrar olunur. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə