Etibar Mirzəyev Yanğından mühafizə hissəsinin açılışında - FOTO

Etibar Mirzəyev Yanğından mühafizə hissəsinin açılışında - FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından mühafizə hissəsinin açılışı olub.

REAL xəbər verir ki, açılış mərasimində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib.

Yeni istifadəyə verilən hissədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər olan stend, müasir tələblərə cavab verən dispetçer, tədris, istirahət otaqları və yeməkxana vardır. 70 nəfər şəxsi heyətin çalışacağı hissə ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı və təlim qülləsi inşa olunub. Hissə 3 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə