Gürcüstanda “Şərq Tərəfdaşlığı“nın 10-cu ildönümünə həsr edilmiş forum başa çatıb

Gürcüstanda “Şərq Tərəfdaşlığı“nın 10-cu ildönümünə həsr edilmiş forum başa çatıb

Gürcüstanın Batumi şəhərində "Şərq Tərədfaşlığı" proqramının 10-cu ildönümünə həsr edilmiş 1-ci investisiya forumu başa çatıb.

REAL APA-ya istinadən xəbər verir ki, tədbirin bağlanış mərasimində çıxış edən Gürcüstanın baş naziri David Zalkaliani forum çərçivəsində keçirilən sessiyalarda səsləndirilən fikirlərin tərəflər üçün önəm daşıdığını və gələcəkdə atılacaq addımlarda rol oynayacağını bildirib.

Qeyd edək ki,  ötən gün başlayan “1-ci Şərq Tərəfdaşlığı Sərmayə Forumu: Praqadan 10 il sonra” adlı beynəlxalq tədbirdə  Azərbaycan, Belarus, Moldova, Ermənistan və Ukraynadan dövlət rəsmiləri, Avropa Sərmayə Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri daxil olmaqla 400-dən çox qonaq iştirak edib. Beynəlxalq forumda  Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov təmsil edib.

Forumun iştirakçıları arasında Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Humanitar Yardım və Böhranların İdarə olunması üzrə Avropa Komissarı Kristos Stilianides, Estoniyanın baş naziri Yuri Ratas və digər ölkələrdən 8 xarici işlər naziri də olub.  

Beynəlxalq forumun sessiyalarında enerji, infrastruktur, daşımalar, turizm, kənd təsərrüfatı və ticarət sektoru kimi məsələlərin müzakirə ediləcəyi bildirilib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə